Qaradağ və Samuxda minik avtomobilləri yanıb

Qaradağ və Samuxda minik avtomobilləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakının Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Samux rayonunun Sərkar kəndində “ВАЗ” markalı minik avtomobilinin 1 ədəd təkəri və ön hissəsi yanıb. Avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: