“Qarabağ”ın rəqibi yenə qələbəyə həsrət qaldı

“Qarabağ”ın rəqibi yenə qələbəyə həsrət qaldı

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” İsveçrə çempionatında növbəti matçını keçirib.

AzerTimes xəbər verir ki, komanda doğma meydanda “Lutsern”lə görüşüb. Matç qolsuz bərabərliklə başa çatıb.

“Sürix” 2 turdan sonra 1 xalla hazırda 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” “Sürix”ə Bakıda keçirilən ilk oyunda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 27-də İsveçrədə olacaq.

Teqlər: