“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Fransanın “Nant” komandası çempionatda V turun oyununa çıxıb.
AzerTimes xəbər verir ki, “Nant” səfərdə “Strasburq”un qonağı olub.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Təmsilçimizin rəqibi hesabda geri düşsə də, əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış matçda tarazlığı bərpa edib.
Qeyd edək ki, “Nant” hazırda 6 xalla 11-ci pillədədir.