İsrail təyyarələri Hələb hava limanını vurdu

İsrail təyyarələri Hələb hava limanını vurdu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın Hələb şəhərinin hava limanına 3 raket zərbəsi endirib.

AzerTimes xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Suriya televiziyasının məlumatına görə, zərbə eniş zolaqlarına və anqarlara endirilib. Hadisə yerində yanğın olub. Zərərçəkənlər barədə məlumat verilməyib.

Teqlər: