“Qarabağ”ın rəqibi darmadağın oldu

“Qarabağ”ın rəqibi darmadağın oldu

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi İsveçrə “Sürix”i ölkə Superliqasının yeni mövsümündə ilk oyununa çıxıb.

AzerTimes xəbər verir ki, komanda səfərdə “Yanq Boyz”la görüşüb. “Sürix” 4-0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.

Teqlər: