UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
AzerTimes UEFA-ya istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Leandro Andradenin Bakıda Belçikanın “Gent” klubuna vurduğu dəqiq zərbəsi də yer alıb.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.