İran artıq ABŞ və AB-ni hədələyir – Çağırış

İran artıq ABŞ və AB-ni hədələyir – Çağırış

İsraildə Rusiya və İran arasında PUA istehsalı sahəsində yeni əməkdaşlığa ikiqat təhlükə kimi baxılır. Birincisi, Tehran terror aktları törətmək üçün dünyadakı marionetlərini işə sala bilər. İkincisi, Moskva Ukraynaya kömək edən Qərbdən İran vasitəsilə qisas ala bilər. Təl-Əviv qeyri-rəsmi şəkildə bu ölkələrin birliyini şər koalisiyası adlandırır.

AzerTimes xəbər verir ki, israilli mütəxəssislər Rusiya və İran arasında artan hərbi əməkdaşlığın Qərbin hesablaşmalı və həll etməli olduğu kəskin problemə çevrildiyini bildirirlər.

Təl-Əvivin tədqiqat mərkəzləri bu yaxınlarda apardıqları təhlildə İran PUA-larının ABŞ və Avropa üçün yaratdığı və yaradacağı təhlükə barədə xəbərdarlıq edib:

“İran Venesuela vasitəsilə ABŞ-a birbaşa təhlükə yaradacaq. Avropa ölkələri üçün isə təhlükə Şimali Afrika və ya Rusiya-Belarus regionundan gələcək”.

Ekspertlər bildirib ki, hazırda ABŞ başda olmaqla NATO ölkələri zəruri olaraq İran PUA-larının istehsalının dayandırılmasında fəal iştirak etməlidir. Çünki bu silahların gözlənilməz anda, məsələn, sahilə yaxın “məsum” ticarət gəmisindən buraxılması istisna edilmir:

“Bu gün Kiyevə yönələn İran PUA ordusu sabah Avropa ölkələrinə, hətta ABŞ-ın özünə də böyük təhdiddir. Sözün əsl mənasında ABŞ-ın “arxa bağçasında” olan Venesuela İranın yaxın tərəfdaşıdır. Venesuela və Florida bir-birindən təxminən 2000 kilometr məsafədədir. Bu diapazon İranın “Şahid 136” və “Mühacir-6” kimi uçuş aparatının imkanlarına uyğundur”.

Yəhudi tədqiqatçılar sanksiyaların İranın PUA istehsalına mane olmadığını vurğulayırlar. Onların fikrincə, Tehrana qarşı PUA sanksiyaları səmərəsizdir. Çünki burda istifadə olunan hissələrin çoxu onlayn satın alına bilən məhsul hissələridir. İsrail İran PUA-larının hücumlarına hazır olmaq üçün addım atsa da, digər ölkələr bu yeni təhlükəyə az hazırlıqlıdır. İran və Rusiya əməkdaşlığına faydalı “alqı-satqı” əməliyyatı kimi baxılır. Ruslar İran PUA-sı, İran isə Rusiya istehsalı olan Su-35 döyüş təyyarəsi alır.

Doğrudur, Ukrayna müharibəsində kimin qalib gələcəyi tam məlum deyil və müharibədən sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq hələ tezdir. Amma Rusiya və İran hərbi əməkdaşlıq məsələsinin Qərb üçün mümkün nəticələri indi qiymətləndirilməlidir.

Artıq İran parlamentinin iclasından Tehran rəhbərliyi Avropaya birbaşa təhdid mesajı göndərib. Parlamentin spikeri Məhəmməd Bagir Qalibaf bildirib ki, bizim regionda Avropa silahlı qüvvələrinə qarşı tədbirlərimiz olacaq.
İsrail bu təhdidin Qərb üçün ciddi şəkildə düşünməyə əsas olduğunu bir daha vurğulayıb.

Teqlər: