“Qarabağ”ın prezidenti Qurban Qurbanovla görüşdü

“Qarabağ”ın prezidenti Qurban Qurbanovla görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın düşərgəsini ziyarət edib.

AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda Almaniya “Frayburq”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu öncəsi baş məşqçi Qurban Qurbanovla görüşüb.

O, tarixi qarşılaşma ərəfəsində 50 yaşlı mütəxəssisə və komandaya inandığını deyib.

Tahir Gözəl Ağdam təmsilçisinə uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Teqlər: