Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində növbəti oyunlar keçiriləcək.
AzerTimes xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma təşkil olunacaq.
“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivini sınağa çəkəcək.
Günün oyunları aşağıdakılardır:
20:00 – HIK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
21:00 – “Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan)
22:00 – “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
22:00 – “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə)
22:15 – “Maribor” (Sloveniya) – “Şerif” (Moldova).
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” ikinci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda İsveçrənin “Sürix” komandasına 3:2 hesabı ilə qalib gəlib.