“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.
AzerTimes xəbər verir ki, təmsilçimiz 1/16 finalda qarşılaşa biləcəyi mümkün komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib.
Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutacağı halda, pley-offda aşağıdakı kollektivlərdən biri ilə üz-üzə gələcək:
“Ayaks” (Niderland), “Bayer” (Almaniya), “Barselona”, “Sevilya” (hər ikisi İspaniya), “Sportinq” (Portuqaliya), “Zaltsburq” (Avstriya), “Şaxtyor” Donetsk (Ukrayna), “Yuventus” (İtaliya).
Qeyd edək ki, Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq.