“Qarabağ”ın oyunçusu Rusiya millisinə dəvət ala bilər

“Qarabağ”ın oyunçusu Rusiya millisinə dəvət ala bilər

“Qarabağ”ın qapıçısı Andrey Lunyov yenidən Rusiya milli komandasına dəvət ala bilər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya millisinin qapıçılarla işləyən məşqçisi Vitali Kafanov danışıb.

“Lunyov “Qarabağ”da çox güclü çıxış edir. O, Avropa Liqasında iki oyunda meydana çıxıb, bir qol belə buraxmayıb. Üç gün əvvəl “Neftçi” ilə görüşdə çox yaxşı oynadı. O, namizədlərdən biridir”, – Kafanov söyləyib.

Qeyd edək ki, 31 yaşlı Lunyov Rusiyanın əsas milli komandasında 7 oyunda iştirak edib. O, son dəfə 2021-ci ilin noyabrında Sloveniya ilə DÇ-2022-nin seçmə matçına dəvət alıb və ehtiyatda qalıb.

Teqlər: