Qarabağın mobil şəbəkə ilə təmini üçün əlavə baza stansiyaları quraşdırılacaq – Baş direktor (ÖZƏL)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Nar” mobil operatoru Azərbaycanın işğaldan azad edilmiş ərazilərində öz şəbəkəsini işə salıb.

Bunu Trend-ə “Nar”ın baş direktoru Qunnar Panke deyib.

Onun sözlərinə görə, 2G, 3G və 4G texnologiyalı baza stansiyaları artıq Xocavənd və Cəbrayılda, eləcə də Şuşada, Cıdır düzündə quraşdırılıb.

“Bizim 2G, 3G və 4G texnologiyalı 8,76 min baza stansiyamız var və bunlar ərazinin 88,8 faizini əhatə edir. Bizim 4G xidmətlərimizdən 1,1 milyon abunəçi istifadə edir”.

Baş direktor bildirib ki, azad edilmiş ərazilərin müasir mobil şəbəkə ilə təmin olunması üçün Azərbaycanın digər bölgələrində də əlavə baza stansiyaları quraşdırmaq niyyətindədirlər:

“5G texnologiyasına gəldikdə, qeyd etmək lazımdır ki, bizim 4G şəbəkəmiz artıq növbəti standarta keçməyə hazırdır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: