“Qarabağ”ın matçına nə qədər bilet satılıb?

“Qarabağ”ın matçına nə qədər bilet satılıb?

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

AzerTimes xəbər verir ki, qarşılaşma üçün 12 min bilet alınıb.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. Azərbaycan təmsilçisi səfərdəki ilk matçda qalib gəlib – 2:1.

Teqlər: