“Qarabağ”ın futbolçusu “Qalatasaray”ın diqqətində

“Qarabağ”ın futbolçusu “Qalatasaray”ın diqqətində

“Qarabağ” Çempionlar Liqasının seçmə mərhələlərində komanda şəklində səmərəli çıxışları ilə yanaşı, futbolçularının fərdi çıxışları ilə də diqqət çəkib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, klubun 21 yaşlı sol cinah müdafiəçisi Tural Bayramov Türkiyənin “Qalatasaray” klubunun skaut heyətinin diqqətini cəlb edib.

Futbolçunun meneceri ilə əlaqə saxlanıldığı da vurğulanır.

Məlumata görə, Türkiyə Super Liqasında yer alan “Kayserispor” və “Eyüpspor” klubları da sözügedən futbolçumuzla maraqlanırlar.

Bundan başqa, Ağdam təmsilçisinin 29 yaşlı yarımmüdafiəçisi Qara Qarayevin də Türkiyə klublarının radarına düşdüyü bildirilir.

Teqlər: