“Qarabağ”ın futbolçusu Avropa Konfrans Liqasının rəmzi komandasında

Xəbər - Orxan Nəbiyev – Trend:

“Qarabağ” futbol klubunun yarımmüdafiəçisi, braziliyalı Kadi UEFA Avropa Konfrans Liqasının ikinci turunun rəmzi komandasında yer alıb.

Trend-in məlumatına görə, o, 8,6 xal toplayaraq ilk onbirliyə düşüb.


Xatırladaq ki, Kadi ötən gün “Qarabağ”ın “Omoniya” ilə matçında iki qola imza atıb. Oyun 4-1 hesabı ilə Ağdam təmsilçilərinin xeyrinə başa çatıb.

Teqlər: