“Qarabağ”ın final oyununun biletləri satışa çıxarılır

“Qarabağ”ın final oyununun biletləri satışa çıxarılır

Azərbaycan kubokunun final oyununun biletlərinin satış tarixi məlum olub.

AzerTimes xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

“Qarabağ”-“Zirə” qarşılaşmasının biletləri mayın 25-dən etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Qeyd edək ki, iyunun 2-də keçiriləcək matç saat 20:00-da başlayacaq.

Teqlər: