Qarabağ yenidən qurularaq inkişaf etdiriləcək və bu
bərpa-quruculuq işlərində türk şirkətləri öz təcrübələrini
bölüşəcəklər.
Bu barədə Trend-in suallarını cavablayarkən “Azərbaycan-Türkiyə İş Adamları” Birliyinin (ATİB) İdarə Heyətinin
sədri Cemal Yanqın bildirib.
Onun sözlərinə görə, təcrübə mübadiləsində əsas hədəf Qarabağın
dirçəldilməsi olacaq.
“Avropadakı, Afrikadakı bütün türk şirkətlərini Qarabağın
bərpası üçün dəvət edərək bildirirəm ki, Azərbaycanda iş görmək
üçün əlverişli mühit var və burada hər hansı bir problemlə
üzləşməyəcəksiniz. Qarabağda hazırda infrasturktur işləri gedir və
bitdikdən sonra o bölgə çox müasir və inkişaf edən bir yer olacaq.
Oranın əsl sahibləri daha öncə xalçaçılıq, heyvandarlıq,
dəriçiliklə məşğul olub və bərpa olunduqdan sonra bu işlərlə məşğul
olub, inkişafa töhfə verəcəklər”, – deyə o əlavə edib.