Azərbaycanla qaz müqavilələri Gürcüstanda inflyasiyanın təsirini yumşalda bilər – Milli Bank

Azərbaycanla qaz müqavilələri Gürcüstanda inflyasiyanın təsirini
yumşalda bilər.

Trend-in
məlumatına görə, bunu Gürcüstan Milli Bankının sədri Koba
Qvenetadze deyib.

Onun sözlərinə görə, neft qiymətlərinin artması dövlətin enerji
daşıyıcıları qiymətlərini subsidiyalaşdırmadığı ölkələrə təsir
göstərir.

“Gürcüstanda dövlət enerji daşıyıcıları qiymətlərini
subsidiyalaşdırmır. Ona görə də daxili bazarda enerji qiymətləri
artır. Amma qaz qiymətləri ilə bağlı vəziyyət fərqlidir. Belə ki,
mavi yanacaq tədarükü ilə bağlı qısamüddətli ikitərəfli müqavilələr
inflyasiyanın təsirini yumşalda bilər”, – K.Qvenetadze deyib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən,
2022-ci ildə Gürcüstanda 9,9 faiz təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: