“Qarabağ”ın Avropa Konfrans Liqasında rəqibləri məlum olub

Xəbər - Orxan Nəbiyev – Trend:

İstanbul şəhərində UEFA Avropa Konfrans Liqasında 2021-22-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, püşkatma nəticəsində Azərbaycanı təmsil edən “Qarabağ” H qrupunda yer alıb.

Qrupda Ağdam klubunun rəqibləri İsveçrənin “Bazel”, Qazaxıstanın “Kayrat” və Kiprin “Omoniya” klubları olub.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubunu üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.

Avropa Konfrans Liqası bu ildən etibarən təsis olunub.

Teqlər: