“Qarabağ”ı məğlub etməyə gəlmişik – Şvarqa

“Qarabağ”ı məğlub etməyə gəlmişik – Şvarqa

Hər iki komandanın özünəməxsus oyun üslubu var. Yanvarda “Qarabağ”la yoxlama görüşü keçirdiyimiz üçün onların potensialına daha yaxından bələd olduq. Sabah baş tutacaq görüşə də hazırıq. “Rakuv”un oyununu sərgiləməyə çalışacağıq. Bakıya gəlməkdə məqsəd qələbə qazanmaqdır. İlk görüşdə minimal fərqlə qalib gəldik. Sabahkı qarşılaşmada da qalibiyyət üçün çalışacağıq.

AzerTimes xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

Şvarqa “Qarabağ”ın ötən mövsüm Polşanın digər təmsilçisi “Lex” üzərində 5:1 hesablı qələbəsinin onlara mənfi təsir göstərmədiyini deyib:

“Qarabağ”ın Çempionlar Liqasındakı digər oyunlarını, eləcə də, ötən mövsümdəki matçlarını təhlil etmişik. O ki qaldı “Lex”lə oyuna, bu komanda ilə “Rakuv” tam fərqli gücə və oyun üslubuna malikdirlər. “Qarabağ”ın ötən mövsüm “Lex”i burada böyük hesabla məğlub etməsinin bizə heç bir təsiri olmayacaq”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Teqlər: