Qarabağdakı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən oğurlanması ilə bağlı siyahıyalma işləri başlayıb.
AzerTimes xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.
Şöbə müdiri əlavə edib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir:
“Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq”.