Bakıya “yaşıl işıq”: görün nələr olacaq – Mnatsakanyan

Bakıya “yaşıl işıq”: görün nələr olacaq – Mnatsakanyan

Avropa Parlamentinin deputatları Peter van Dalen, Fransua-Ksavye Bellami, Lars Patrik Berq, Fransua Alfonsi, Fabio Massimo Kastaldo və Andrey Kovaçev Avropa Şurasının sədri Şarl Mişelə və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə antiazərbaycan fikirlərlə dolu məktublar göndərib. Biz bu deputatları “qəhraman” adlandırırıq, azərbaycanlılar isə onları pula satılmış siyasətçilər qismində görür. Burada bir sual yaranır: Avropa bizim tərəfimizdədir, yoxsa Bakının?

AzerTimes xəbər verir ki, bu fikirləri erməni siyasi analitik Romella Mnatsakanyan bildirib.

“100 avropalı deputatdan bir-ikisi ermənilərin tərəfini tutan məktub yazıb, İrəvan hakimiyyəti sevincindən az qalır rəqs etsin, lakin vacib olan məqamlar unudulur. Bu günlərdə Bakı elə bir siyasi gediş etdi ki, bütün proseslər ermənilər üçün qarışdı. Bu qarışıqlığı aydınlığa çıxarmaq qeyri-mümkün görünür. Özünüz analiz edin: Bir neçə gün öncə yuxarıda adları çəkilən deputatların məktubundan sonra İrəvan Şarl Mişelin və Jozef Borrellin açıqlamalarını gözlədiyi bir məqamda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Bakıya olan güvənindən söz açdı, “Yeni saziş Avropa Birliyini Cənubi Qafqazdakı tərəfdaşlarımızla yaxınlaşdıracaq” – dedi. Demək ki, Avropa üçün Azərbaycanla dost olmaq Cənubi Qafqazla dost olmaq anlamına gəlir. Demək ki, məhz Bakı bu regionun hegemonudur. Gürcüstan da Bakının dostudur, Rumıniya da, Macarıstan da, yəni sonuc olaraq hamı…

İndi bu o deməkdir ki, Avropa da, Rusiya da Bakıya “yaşıl işıq” verdi. Azərbaycan yaxın vaxtlarda Qarabağla bağlı bütün ideyalarını gerçəkləşdirəcək”, – deyə Mnatsakanyan bildirib.

Teqlər: