Qarabağdan danışan din xadimi belə həbs edilmişdi – Video

Qarabağdan danışan din xadimi belə həbs edilmişdi – Video

Höccətül-İslam Əbdüləziz Əzimi Qədiminin 2012-ci il 27 dekabrda Marağada Qarabağdan, Ermənistanın işğalçı siyasətindən və İran-Ermənistan iqtisadi və mədəni əlaqələrindən danışarkən İran hüquq-mühafizə orqanları tərəfindən həbs olunmasını əks etdirən görüntülər yenidən sosial şəbəkələrdə yayılıb.

AzerTimes xəbər verir ki, Əbdüləziz Əzimi Qədimi keçirilən aksiya zamanı həqiqəti dediyi və İranın yanlış siyasətini tənqid etdiyi üçün həbs edilərək, ETTALAAT-ın Təbriz şöbəsində saxlanılıb.

O daha sonra, yəni 2013-cü il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb.

Ə.Qədim din xadimi olduğundan, onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Azərbaycanlı din xadimi 7 ay 1 gün azadlıqdan məhrum edilib.

Höccətül-İslam Əbdüləziz Əzimi Qədiminin həbs olunma görüntülərini təqdim edirik:

Teqlər: