Qarabağdakı “rus icması”ndan təxribatçı açıqlama

Qarabağdakı “rus icması”ndan təxribatçı açıqlama

“Dağlıq Qarabağ”da yaşayan soydaşlar öz mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirməkdə, öz hüquqlarını qorumaqda Rusiyanın dəstəyinə arxalanmaq hüququna malikdirlər.

AzerTimes xəbər verir ki, bu sözləri azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı Qarabağdakı qondarma “rus icması”nın sədri Aleksandr Bordov deyib.

Bordov özünün təxribatçı çıxışında ölkəmizi 10 noyabr Üçtərəfli bəyanatını pozmaqda ittiham edib:

“Təəssüf ki, bizim ciddi problemlərimiz var və bu, ilk növbədə, müharibədən sonrakı reallıqlara aiddir. 10.11.2020-ci il tarixli Üçtərəfli atəşkəs sazişi vaxtaşırı kobud şəkildə pozulur”.

Qeyd edək ki, Azərbaycanda Rus İcması rəsmən qeydiyyatdadır və aktiv də fəaliyyət göstərir. Bu icmanın rəhbəri Mixail Zabelin həm də millət vəkilidir.

Teqlər: