Qarabağdakı minaların xəritəsini Bakıya verə bilərik – Mirzoyan

Qarabağdakı minaların xəritəsini Bakıya verə bilərik – Mirzoyan

Azərbaycana Qarabağdakı minalarla bağlı yeni məlumatlar verilə bilər. Mümkün minalanmış ərazilər haqqında yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti iclası haqqında razılıq əldə olunub”, – o bildirib.

Qeyd edək ki, komissiyaların birgə iclasının yanvarın sonunda keçiriləcəyi gözlənilir.

Teqlər: