Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaq

Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib.

AzerTimes xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir:

“Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək”, – M.Qurbanlı əlavə edib.

Teqlər: