Qarabağdakı ermənilər zorla mitinqə çağırılır

Qarabağdakı ermənilər zorla mitinqə çağırılır

Qanunsuz erməni dəstələri bu gün saat 14.00-da Xankəndində mitinq planlaşdırır. Lakin aksiyaya əhalini cəlb edə bilmirlər.

AzerTimes Trend-ə istinadla xəbər verir ki, Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətdə olanlara mülki geyimdə və ailə üzvləri ilə birlikdə mitinqdə iştirak etmələri tapşırılıb.

Qarabağda yaşayan sadə ermənilər də ailəlikcə mitinqə zorla çağrılır.

Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.

Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.

Teqlər: