Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağda olan çaylar
üzərində 10 avtomat hodrometeoroloji stansiya quraşdıracaq.
AzerTimes-ın məlumatına görə, bunu Zəngilan rayonuna mediatur zamanı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya
Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, 4 çayda – Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz
çaylarında qruaşdırılacaq avtomat stansiyalar keyfiyyət sensorları
ilə təchiz ediləcək: “Avtomat stansiyalar çayın çirklənməsini
onlayn olaraq avtomatik və fasiləsiz olaraq mütəmadi müəyyən
edəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın
istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə
səviyyəsi barədə onlayn məlumat ala biləcəklər”.