Qarabağda yeni güzəştlər qüvvəyə mindi

Qarabağda yeni güzəştlər qüvvəyə mindi

Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, ödənişlər aylıq olaraq hesablanacaq və sahibkarın hesabına köçürüləcək:

“Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq. Yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün geniş güzəşt paketi tətbiq olunur”.

Teqlər: