Qarabağda yataqları talayıb, silah alırlar

Qarabağda yataqları talayıb, silah alırlar

Baş verənlər Rusiya sülhməramlıları, Qarabağdakı separatçılar, Ermənistandakı iqtidar-müxalifət tandemi və rəsmi İrəvanın Qərbdəki himayədarlarının müəyyən koalisiya təşkil etdiyini göstərir.

Bu sözləri AzerTimes-a Ruben Vardanyan və Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun Qarabağda qeyri-qanuni qızıl biznesi ilə məşğul olması haqqında danışan politoloq Elşən Məcidov deyib.

Politoloq Laçın yolunun nəzarətə götürülməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb:

“Qurulan koalisiyanın əsasları hər nə qədər geosiyasi olsa da, maddi maraqlara görə subyektiv xarakter daşıyır. Qərblə Rusiyanın Qarabağ məsələsində mövqeyi fərqlənir. Yəni Qərbdəki əksər siyasi dairələr Rusiyanın Qarabağdan, Cənubi Qafqazdan çıxmasını istəyir. Lakin sözügedən əlaqələrlə bağlı məlumatlara nəzər yetirərkən Qərbdəki bəzi qüvvələrin Qarabağdakı indiki status-kvonun qorunub saxlanmasında maraqlı olduğu üzə çıxır. Çünki onlar qanunsuz yollarla ölkəmizin sərvətlərini talan etmək imkanı qazanıblar. Bu, həm də “Ermənistan Qarabağla bağlı məsələlərdən niyə əl çəkmədi” sualının cavablarından biridir. Çünki kənardan Ermənistanın Qarabağla bağlı məsələlərdə yalnız itirdiyi təəssüratı yaranır. Lakin proseslər rəsmi İrəvanın Azərbaycanın sərvətini talamaq, oğurlamaq yolu ilə separatçılara xərclədiyindən daha çox gəlir götürdüyünü sübut edir. Edilən talançılıq ölkəmizin iqtisadiyyatına ciddi şəkildə ziyan vurur. Digər tərəfdən Ermənistan soyğunçuluqla əldə etdiyi vəsaitlə Hindistan və İran kimi ölkələrdən Azərbaycana qarşı istifadə üçün silah-sursat, hərbi texnika alır. Ona görə Laçın yolu ən tez zamanda nəzarətə götürülməlidir. Çünki bu, separatçıların silahlanmasının qarşısını almaq üçün vacibdir, həm də danışıqlar masasında da əlimizi gücləndirər”.

Teqlər: