Qarabağda törədilən dağıntıları görmək məni məyus etdi – Malinin sabiq Baş naziri

Bakı Qlobal Forumu postpandemiya dövründəki dünyanı müzakirə etmək üçün mühüm platformadır. Burada dünyanı düşündürən məsələlər müzakirə olunur.

Trend xəbər verir ki, bunu Malinin sabiq Baş naziri Musa Mara jurnalistlərə müsahibəsində deyib.

O bildirib: “Qarabağda törədilən dağıntıları görmək məni məyus etdi. Ümid edirəm ki, bir daha müharibə olmayacaq və regionda sülh bərqərar olacaq. Sülh bugünkü dünyada ən mühüm məsələlərdən biridir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

Teqlər: