Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutuldu

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutuldu

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş verib. Avtomobildə olan hərbçilər həlak olub.

Məlumata görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.

Teqlər: