Qarabağda qəza səbəbindən qazın kəsilməsinin siyasiləşdirilməsi yolverilməzdir – Deputat

Qarabağda qəza səbəbindən qazın verilməsinin dayandırılmasını
şouya çevirərək siyasiləşdirilməsi yolverilməzdir. Qaz fiziki
xətlərlə nəql olunur. Ona görə də təbii hadisələrin təsiri fiziki
xətlərdə texnogen qəzaların baş verməsinə səbəb olur. Belə qəzalar
dünyanın hər bir ölkəsində baş verir. Qəzanın səviyyəsindən və baş
vermə yerindən asıllı olaraq onun aradan qaldırılması üçün müəyyən
zamana ehtiyac duyulur.

Bunu AzerTimes-a Milli məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə üzrə qazlaşma 97%
keçməsinə baxmayaraq, elə dağlıq rayonlarımız var ki, o ərazilərdə
qazlaşma ümumi respublika səviyyəsindən kifayət qədər aşağıdır.
Məsələn, dəniz səviyyəsindən 1500 metrə qədər yüksəklikdə yerləşən
Qusarda, Gədəbəydə və Lerikdə qazlaşma daha aşağı səviyyədədir.
Dövlətimiz bu ərazilərdə də qazlaşdırmanı davam etdirir.

“Xankəndi və onun ətrafı yaşayış məntəqələri də Azərbaycanın
əraziləridir. Bu ərazilərin qazla təchizatında problemin
yaranmasını siyasiləşdirmək və beynəlxalq səviyyədə problemə
çevirmək, ümumiyyətlə, məntiqsizdir. Çünki, bu ərazilər ermənilərin
işğalı altında olduğu illərdə də belə problemlər olurdu və heç kim
də səsini belə çıxartmırdı.

Amma onu da qeyd etməliyəm ki, ermənilər torpaqlarımızı işğal
altında saxladıqları dövürdə Sərsəng su anbarından suyu qışda
buraxaraq süni daşqınlar yaradırdı. Suya ehtiyac olanda, yayda isə
suyun qabağını kəsərək süni quraqlıq yaradırdı. O cümlədən,
Azərbaycana axan çayların zəhərli maddələrlə çirkləndirilməsini
aparırdı, meşələrini qırarak ekoloji terror həyata keçirirdi. Biz
bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırsaq da, heç
kim Eermənistana təsir etmədi və hətta güldən ağır söz demədi.
Həmin dairələr isə indi Xankəndiyə gedən magistral qaz xəttində
qəzanın baş verməsini əlinə bayraq alıb şou yaratmaları gülməlidir
və ikili standartlardan başqa bir şey deyil. Əgər ikili standartlar
olmasaydı, Qarabağ münaqişəsi də 30 ilədək uzanmazdı. Çünki, bütün
dünya Azərbaycanın ərazi bütövlüyünü tanımışdır və Ermənistanın
hərbi birləşmələrinin Azərbaycanın ərazisindən qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT-nin qətnamələrini icra etdirməli idi.
Həm də torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin
dağıdıb məhv və təhqir etdiyi dini-mədəni, tarixi abidələrimiz
haqqında səslərini çıxardardılar. Ermənistana dəstəyini nümayiş
edənlər bilməlidirlər ki, Xankəndi də, Laçın dəhlizi də
Azərbaycanın suveren əraziləridirlər. Ermənistanın daxili
işlərimizə qarışmasına heç bir haqqı yoxdur. Azərbaycan öz texniki
imkanları çərçivəsində qəzaları ardan qaldırır. Belə qəzaların tez
bir zamanda həll olunması və fasiləsiz qazla, işıqla və su ilə
təchiz edilməsi üçün vəziyyəti süni gərginləşdirən ərazilərimizdə
qalan erməni hərbi birləşmələridir. Erməni hərbi birləşmələri
ərazilərimizi nə qədər tez tərk edərlərsə və Xankəndidə, onun
ətrafında yaşayan ermənilər Azərbaycan qanunlarına nə qədər tez
riayət etsələr, belə qəzalar da qısa bir zmanda aradan qaldırılar”,
– deyə deputat qeyd edib.

Teqlər: