İkinci Qarabağ müharibəsindən sonra Birinci Qarabağ döyüşlərində itkin düşmüş sayılan 553 insanın qalıqları aşkar edilib.
AzerTimes xəbər verir ki, bunu Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə deyib.
O qeyd edib ki, 1988-ci ildən 1994-cü ilə qədər (1994-cü il də daxil olmaqla) 3 min 890 nəfər azərbaycanlı itkin düşüb.
E.Tağıyevin sözlərinə görə, itkin düşənlərdən 3 171 nəfəri hərbi qulluqçu, 719-u isə mülki şəxsdir.