Ölkəmizdə gələn həftədən bu maşın istehsal olunacaq

Ölkəmizdə gələn həftədən bu maşın istehsal olunacaq

Gələn həftədən etibarən Azərbaycanda Rusiyanın “Lada Qranta” avtomobillərinin istehsalına başlanılacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Atipik AvtoVAZ” İctimai Birliyinin səhifəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin dekabrında yığımın texnoloji proseslərini sınaqdan keçirmək üçün 11 ədəd “Lada Qranta” avtomobil komplekti Azərbaycana göndərilib.

Qeyd olunur ki, martın sonunda Gəncə şəhərində avtomobil hissələrinin yığıldığı zavodun açılışı gözlənilir.

Teqlər: