Qarabağda minaların təmizlənməsi prosesi uğurla davam edir – Britaniya səfiri

Qarabağda minaların təmizlənməsi prosesi uğurla davam edir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp
Trend-in
müxbirinin sualını cavablandırarkən deyib.

“Bu proses ilk növbədə yüz minlərlə məcburi köçkünün doğma
yurdlarına qayıda bilməsi üçün çox vacibdir”, – səfir deyib.

Onun sözlərinə görə, Böyük Britaniya əvvəlki kimi Azərbaycan
Minatəmizləmə Agentliyinə minaların təmizlənməsi prosesində, eləcə
də insanların mina təhlükəsi barədə məlumatlandırılmasında hər cür
dəstəyi göstərir.

Səfir, həmçinin bildirib ki, özü şəxsən Böyük Britaniya
şirkətlərinin minatəmizlmə üzrə məşğələlər keçdiyi Cəbrayıl
rayonunda olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: