Qarabağda aparılan axtarışlar nəticəsində 8 hərbçinin meyitinin qalıqları tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Xankəndidəki keçmiş separatçı dəstə üzvləri məlumat yayıb.
4 meyitin Şuşakənddə, daha 4-nün isə Çərəkdar kəndində tapıldığı bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu xunta təslim olub. 21 sentyabrdan antiterror tədbirlərinin keçirildiyi ərazilərdən erməni silahlıların meyitləri toplanır.