“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub oldu

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub oldu

“Mançester Siti” klubu bu mövsüm ilk dəfə məğlubiyyət acısı yaşayıb.

AzerTimes xəbər verir ki, İngiltərə Liqa Kubokunda “Nyukasl”la üz-üzə gələn “Şəhərlilər” meydanı məğlub tərk ediblər. Matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda yeganə qolu İsak vurub.

Beləliklə, bu mövsüm bütün turnirlərdə keçirdiyi ümumilikdə 6 oyunda qələbə qazanan Quardiolanın yetirmələri ilk məğlubiyyətlərini alıblar.

Teqlər: