Qarabağda arıçılıqla məşğul olmaq istəyənlərin sayı çoxdur – Assosiasiya sədri

Qarabağda arıçılıqla məşğul olmaq istəyən şəxslərin sayı
çoxdur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar
Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

B.Həsrətovun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə
arıçılıq təsərrüfatı ilə məşğul olmaq istəyən şəxslərin qeydiyyatı
aparılır:

“Bu günə qədər Kəlbəcər və Qubadlı yaylaqlarına arı ailələri
köçürülüb. Bundan sonra da arı ailələrinin işğaldan azad edilmiş
torpaqlara köçürülmə prosesi davam edəcək. Orada arıçılıqla məşğul
olmaq istəyənlər mütləq şəkildə Kənd Təsərrüfatı Nazirliyinin
yaratdığı portaldan keçməlidirlər. Bunun üçün də müəyyən şərtlər
var. Belə ki, işğaldan azad edilmiş torpaqlarda arıçılıq fəaliyyəti
ilə məşğul olmaq istəyən şəxsin arı ailəsi 40-dan çox olmalıdır.
Bütün bunlar Qarabağda arıçılığın inkişafına müsbət təsir edəcək.
Bu il həmin yerlərdə məhsuldarlığın bol olacağı gözlənilir”, – deyə
B.Həsrətov bildirib.

Teqlər: