“Qarabağ”a qarşı oynamaqdansa… – Amrabat

“Qarabağ”a qarşı oynamaqdansa… – Amrabat

“Qarabağ” və LASK-a qarşı oynamaqdansa, belə klublarla mübarizə aparmağı üstün tuturam.

AzerTimes xəbər verir ki, bunu Yunanıstanın AEK komandasının futbolçusu Nordin Amrabat UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən bildirib.

O, B qrupunda üz-üzə gələcəkləri “Ayaks” (Niderland), “Marsel” (Fransa) və “Brayton”un (İngiltərə) hörmətə layiq olduğunu söyləyib:

“Onlara qarşı oynamaq çətindir. Lakin həmin görüşləri səbirsizliklə gözləyirəm. Karyeram ərzində heç vaxt “Ayaks”ı məğlub etməmişəm. Ümid edirəm ki, onlarla matçda xal qazana biləcəyik”.

Teqlər: