“Qarabağ”a qalib gəldiyimiz günü heç vaxt unutmayacam

“Qarabağ”a qalib gəldiyimiz günü heç vaxt unutmayacam

Plzendə “Qarabağ”a qalib gəldiyimiz və Çempionlar Liqasının qrupuna vəsiqə qazandığımız gün heç vaxt yadımdan çıxmayacaq.

AzerTimes xəbər verir ki, bu sözləri “Viktoriya”nın (Plzen, Çexiya) prezidenti Adolf Şadek Çempionlar Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a qalib gələrək (2:1) qrupa adladıqları matçdan danışarkən deyib.

“Həmin gün qızım dünyaya gəldi. Həmin an düşündüm ki, axşamkı oyunda da bir yüksəliş olmalıdır. Komandamız isə hər şeyi maksimum səviyyədə etdi”, – Şadek bildirib.

Qeyd edək ki, ÇL-in 2022-2023 mövsümünün Bakıdakı ilk pley-off matçında qolsuz heç-heçə qeydə alınıb. Cavab oyununda isə “Viktoriya” 2:1 hesablı qələbə qazanıb.

Teqlər: