“Dövlət-özəl tərəfdaşlığı” haqqında qanun layihəsini komitə iclasında da müzakirə etmişik və bir sıra suallara aydınlıq gətirilib.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Dövlət-özəl tərəfdaşlığı” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, əsas məqsəd investorların ölkəyə yatırım qoymasına cəlb olunmasıdır:
“Böyük investorlar müəyyən qarantlar istəyirlər. İşğaldan azad edilmiş ərazilərə böyük investorların gəlməsini istəyiriksə, onlara bu zəmanəti verməliyik”.