FHN-in müstəntiqləri barəsində araşdırmalara başlandı

FHN-in müstəntiqləri barəsində araşdırmalara başlandı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin 2 müstəntiqi – Zaur İslamov və Rüfət Nuriyev barəsində araşdırmalara başlanılıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-ə hər iki şəxs barəsində vətəndaşların şikayətləri daxil olub. Daha sonra nazirlikdə araşdırma aparılıb və toplanılan materiallar baxılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Hər iki şəxs İdarəyə dəvət olunub və hazırda onların barəsində araşdırmalar aparılır.

Teqlər: