“Qarabağ”a erməni komandası deyən yazar üzr istədi

“Qarabağ”a erməni komandası deyən yazar üzr istədi

“Qarabağ”ı Ermənistan komandası kimi təqdim türkiyəli köşə yazarı Gürcan Bilgic Azərbaycan xalqından üzr istəyib.

AzerTimes xəbər verir ki, yazar yorğun olduğu üçün “Qarabağ” sözünü səhv başa düşdüyünü deyib.

“Əziz bacı və qardaşlarım, qəzəbinizi başa düşürəm. Canınız sağ olsun. Gecə saat 01:30-da günün yorğunluğundan ağlım qarışdı. “Qarabağ”, “Qaradağ” deyərkən bir xəta etdim. Qüsuruma baxmayın. Sizləri qırmışamsa üzr istəyirəm. Haqqınızı halal edin” – deyə Bilgic bildirib.

Qeyd edək ki, ötən gün Gürcan Bilgic qonaq olduğu verilişdə “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etmişdi.

Teqlər: