Bu gün Azərbaycan xalqın üçün ən böyük tarixlərdən biri yaşanır – 29 illik köçkünlükdən sonra Qarabağa Böyük qayıdış başladı.
AzerTimes xəbər verir ki, artıq ilk 10 ailə – 41 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.
Maraqlıdır, Qarabağa Böyük qayıdış üçün tarix olaraq niyə 19 iyul seçilib?
Qısa araşdırmalardan sonra aydın oldu ki, Azərbaycanın ən yeni tarixi üçün 19 iyul Ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyinə məşhur məktubu ilə əlamətdardır.
Azərbaycan KP MK-nə uzun illər rəhbərlik edən, daha sonra isə SSRİ-nin ən məşhur Politbüro üzvü, Birinci vitse-premyeri olan və SSRİ rəhbərliyinə ən şanslı namizəd sayılan, dünyanın ən böyük iki gücündən birinin idarəedicilərindən olan Heydər Əliyev 19 iyulda açıq məktubla Kommunist Partiyasından çıxdığını elan edir və bunu SSRİ rəhbərliyinin diqqətinə çatdırırdı.
Heydər Əliyev 1990-cı ilin Yanvar hadisələrini də xatırlatmaqla yazdığı ətraflı məktubunda həmin dövrdə Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa etiraz etdiyini bildirirdi.
19 iyul Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa, torpaqlarımızın işğalı prosesinə məhz SSRİ-ni idarə edənlərdən olan Heydər Əliyevin siyasi etiraz aksiyası kimi tarixə düşmüşdü.
Heydər Əliyevin müstəqilliyini qoruyub, məhv olmaqdan xilas etdiyi, gücləndirdiyi və inkişaf etdirdiyi Azərbaycan 31 ildən sonra bu ədalətsizliklərin nəticəsini aradan qaldırır və tarixi torpaqlarına qayıdır…