Küləkli hava şəraiti neçə gün davam edəcək?

Küləkli hava şəraiti neçə gün davam edəcək?

Bakıda və Abşeron yarımadasında küləkli və tozlu hava şəraiti həftənin sonuna qədər davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, həftənin birinci yarısında ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin şimal küləyi əsəcək.

Həftənin ikinci yarısında isə şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Havanın temperaturu gələn həftə bu günlərlə müqayisədə aşağı enəcək.

Teqlər: