“Qarabağ” və “Neftçi”nin növbəti oyunlarının vaxtı məlum olub

“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.

Trend xəbər verir ki, Avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) matçı saat 20:00-da başlayacaq. Komandalar arasında avqustun 26-da oynanılacaq cavab oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Avqustun 19-da “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) klubunu qəbul edəcək “Neftçi”nin oyunu saat 21:00-da başlayacaq. Bir həftə sonra Hayfada keçiriləcək cavab qarşılaşmasının start fiti də 21:00-da veriləcək.


Teqlər: