“Qarabağ” “Sürix”i keçməklə bu üstünlükləri qazandı

“Qarabağ” “Sürix”i keçməklə bu üstünlükləri qazandı

İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdıraraq (3:2, 2:2) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksələn “Qarabağ” avrokubokların hər üç liqasında üstünlük əldə edib.

AzerTimes xəbər verir ki, Ağdam klubu ən azı UEFA Konfrans Liqasının qrupu və həmin turnirin mükafatı kimi 2,9 milyon avro avtomatik olaraq təmin edib.

Eyni zamanda, “Qarabağ”ın ən azı UEFA Avropa Liqasının pley-off mərhələsində iştirak edəcəyi dəqiqləşib.

Həmçinin, Qurban Qurbanovun komandası Çempionlar Liqasının “pley-off”una bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in 3-cü mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” ÇL-də 3-cü mərhələni uduzacağı halda belə, Avropa kuboklarında mübarizəni davam etdirəcək (ən pis halda Konfrans Liqasının qrupunda).

Teqlər: