“Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəldi

“Qarabağ” səfərdə “Qəbələ”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

AzerTimes-ın məlumatına görə, “Qarabağ” Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 58-ci dəqiqədə Filip Ozobiç vurub.

27-ci dəqiqədə Ağdam klubundan Leandro Andrade zədələnərək yerini İsmayıl İbrahimliyə verib. 43-cü dəqiqədə isə “qırmızı-qaralar”dan İlkin Qırtımov birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, 8 oyundan maksimum xal toplayan “Qarabağ” turnir cədvəlinə başçılıq edir. 9 turdan sonra 15 xalı olan “Qəbələ” isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Şamaxı”nı, “Səbail” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib, “Neftçi” isə “Turan Tovuz”la qolsuz heç-heçəyə razılaşıb. Tura bu gün keçiriləcək “Sabah” – “Kəpəz” oyunu ilə yekun vurulacaq.

Teqlər: