“Qarabağ” səfərdə qalib gəldi

“Qarabağ” səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

AzerTimes xəbər verir ki, turun ilk matçında “Qarabağ” “Sabah”ın qonağı olub.

Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Sabah” 16 xalla 7-cidir.

Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq.

Teqlər: